BaşlıcaSiyasət

ANCA: ABŞ atəşkəsi pozduğu üçün Azərbaycanın SWIFT-ə çıxışını dayandırmalıdır

Amerika Erməni  Hay Dat Komitəsinin (ANCA) verdiyi məlumata görə, 25 oktyabr 2020-ci il oktyabrın 25-də Vaşinqtonda əldə edilmiş atəşkəs razılaşmasını pozduğu üçün  ABŞ Azərbaycanın SWIFT-ə girişini dayandırmalıdır.Bu haqda Amerikanın Hay Dat Komitəsi (ANCA) məlumatlandırıb.

“Bakı tərəfindən  2020-ci il oktyabrın 25-də Vaşinqtonda razılaşdırılmış atəşkəs müqaviləsini pozmasına cavab olaraq, ABŞ Azərbaycanın böyük maliyyə qurumlarına sərhədlərarası ödənişlər barədə vacib məlumatları etibarlı şəkildə ötürməsini təmin edən qlobal şəbəkə olan SWIFT-ə girişinə son qoymalıdır.

Bu dayandırma Azərbaycan Mərkəzi Bankına və Artsax və Ermənistandakı mülki obyektlərə qarşı Azərbaycanın hərbi cinayətlərini birbaşa və ya dolayısı ilə maliyyələşdirən digər bank qurumlarına yönəldilməlidir”-deyərək  ANKA-nın Fasebook səhifəsində olan məlumatda  bildirilib.

Vaşinqtondakı ARF Daşnaktsutyunun Erməni Hay Dat Komitəsi də Azərbaycana qarşı iqtisadi sanksiyalar tətbiq etmək üçün aktiv addımlar atır. Xüsusilə, beynəlxalq dollar köçürmələrinin SWIFT sistemindən çıxması halında, Azərbaycan ciddi iqtisadi zərbə alacaqdır.

Daha çox göstər
Back to top button