
Artsax Respublikasının İnsan Hüquqları Müdafiəçisi heyəti Azərbaycan silahlı qüvvələri tərəfindən erməni hərbi əsirlərinə qarşı qeyri-insani rəftar işi ilə bağlı ikinci qapalı hesabat hazırladı və bir çox beynəlxalq təşkilatlara göndərdi.
“Armenpress”-in verdiyi məlumata görə, Artsax İnsan Hüquqları Müdafiəçisi, ikinci hesabatda oktyabrın 16-dan 25-nə olan müddətdə Azərbaycan silahlı qüvvələri tərəfindən erməni hərbi əsirlərə və cəsədlərə qarşı törədilmiş müxtəlif qanun pozuntularının faktlarını ehtiva etdiyini bildirir.
Faktların təhlili göstərir ki, erməni hərbi əsirləri və hərbiçilərin cəsədlərinə qarşı qeyri-insani rəftar və təzahürlərinin dərc edilməsi Azərbaycan silahlı qüvvələrində geniş yayılmış və təşviq edilmiş bir davranışdır.
Bu davranışsa, böyük hesabla Azərbaycanda uzun illərdir dövlət səviyyəsində aparılan antierməni siyasətindən qaynaqlanır.
Bu kimi hallara dair dəlillərin kifayət qədər çox olduğunu, bəzilərinin nüfuzlu beynəlxalq media və təşkilatlar tərəfindən yayımlandığını və bu mənfur cinayətlərin davamlı və sistemli xarakter daşıdığını bildirilib. Bəyanatda deyilir:
“Bu kimi hallara düzgün cavab vermək və daha çox vəhşiliyin praktiki təsir mexanizmləri ilə qarşısını almaq beynəlxalq birliyin məsuliyyətidir”