
İranın “Ofogh” telekanalının yayımladığı “Əsr” proqramında müzakirə zamanı “Azərbaycan İsrailin təlimatı ilə İran separatçı qruplarını dəstəkləyir”deyildi.
“Armenpress” in verdiyi məlumata görə, müzakirə iştirakçılarından biri aparıcının sualına İran KİV-lərinin Azərbaycanda baş verən hadisələri layiqincə işıqlandırıb-yaymaması barədə sualını cavablandırdı.
“İranda jurnalistlər arasında öz-özünə senzuraya bənzər bir şey formalaşıb, yəni İran mətbuatı ehtiyatla Azərbaycana və orada baş verən hadisələrə yaxınlaşır.
Bu ehtiyalanma ondadır ki, İran KİV-I qorxurlar ki, əgər Azərbaycanda baş verən hadisələrə toxunularsa onda Azərbaycan İran separatçılarına dəstəyini daha da artıracaqdır”.
İranlı bir mənbəyəəsasən , son illərdə “kürü diplomatiyası” vasitəsi ilə Azərbaycan ABŞ-da, Avropada və digər ölkələrdə Avropa məmurlarına rüşvət verərək Azərbaycana “lobbi” edən “Azərbaycan icmaları”adlanan təşkilat yaradıb.
Bu kontekstdə proqramın spikeri İranın türkdilli əhalisi arasında Azərbaycan xalqını deyil, İsrailin təsiri altında olan hakim Azərbaycan rejimini dəstəkləyən bir qrup separatçı meydana gəldiyindən narahat olduğunu qeyd edib.