BaşlıcaSiyasət

Azərbaycanlı hərbi əsir təlim keçdikləri türk hərbçiləri haqqında danışdı

Türkiyədən gələn əsgərlər rütbəsiz türk forması ilə olub.

“Sputnik. Armeniya”nın verdiyi məlumata görə,  Azərbaycanlı hərbi əsirləri Ermənistanda Cenevrə Konvensiyasının humanitar normalarına uyğun olaraq saxlanılırlar ki, bu da Azərbaycandakı erməni hərbi əsirlərə şamil etmək olmaz.

Bu haqda ER Penitensiar Xidmətinin Kriminoloji şöbəsinin rəisi Rafael Vardanyan bugünkü mətbuat konfransında jurnalistlərə azərbaycanlı hərbi əsir, Emin Baxşalının dindirilməsinin videogörüntüsündən bir hissəni  təqdim edərək deyib.

 “Burada mənə yaxşı münasibət göstərirlər, məni zorakılığa məruz qoymurlar, mənə işgəncə vermirlər.

Sol ayağımda bir yaram var. Hər gün yaram müalicə olunur, sarğı dəyişdirilir” –deyərək hərbi əsir bildirib.

O, həmçinin Azərbaycan və Türkiyənin ortaq hərbi təlimlərindən sonra Türk Silahlı Qüvvələrinin Azərbaycanda qaldığını bildirdi.

Türkiyədən gələn mütəxəssislər onlara dağlarda döyüşməyi öyrətdi. Onlara müharibə zamanı Pakistandan gələn qüvvələrin kömək edəcəklərini söylədilər.

“Bizə  deyiblər ki, yaxın gələcəkdə bir müharibəyə başlamalıyıq, yeganə düşmənimiz olan erməni mövqelərinə hücum etməliyik”- deyəərk azərbaycanlı əsir qeyd edib.

Döyüşdə arxadan idarə olunan Türk və İsrail PUA-larında istifadə edildiyini təsdiqləyir. Konkret kimin idarə etdiyi məlum deyil.

Bundan əvvəl Türkiyənin Suriyanın Şimalından Azərbaycana muzdlu əsgərləri Artsaxa və Ermənistana qarşı istifadə etmək üçün göndərdiyi məlum oldu.

Döyüşlərdə iştirak etmək üçün onlara 1,5-2 min dollar pul verildiyi barədə məlumat var.

Bu məlumatları təkcə Ermənistan-Qarabağ səlahiyyətliləri, beynəlxalq media və xarici insan haqları təşkilatları deyil, həm də Suriya, Fransa, Rusiya, ABŞ və digər ölkələrin səlahiyyətliləri təsdiqlədi.

RİA Novosti də oktyabrın 16-da 1000-dən çox yaraqlının Qarabağ münaqişə zonasına köçürüldüyünü bildirdi.

Daha çox göstər
Back to top button