BaşlıcaSiyasət

ER XİN: “Beynəlxalq araşdırıcı mexanizmlərinin tətbiqinə alternativ yoxdur”

Azərbaycan tərəfinin daha bir ucuz təxribatı beynəlxalq doğrulama mexanizmlərinin tətbiqinə alternativin olmaması barədə sadə  reallığı təsdiqləyir. Bu haqda ER Xarici işlər nazirliyinin yaydığı mesajda bildirilib..

“Bu gün ER Müdafiə nazirliyi Ermənistanın Azərbaycanın Bərdə bölgəsi istiqamətində Ermənistan ərazisindən raket hücumu ilə bağlı yaydığı bəyanatın tamamilə yalan olduğunu bildirdi.

Nə ER Silahlı qüvvələri, nə də Artsax Müdafiə Ordusu tərəfindən hər hansı bir atəş açılmayıb.

Bir aydır ki, Azərbaycan Artsax xalqına qarşı geniş miqyaslı müharibəyə  başlayıb.

Bu müddət ərzində Azərbaycan tərəfi atəşkəsin pozulması barədə saxta ittihamlar vasitəsi ilə Ermənistan tərəfi ilə əldə etdiyi atəşkəs razılaşmalarınıpozub..

 Bu gün belə oldu! Azərbaycan tərəfi Artsaxın digər bölgələrindən didərgin düşmüş mülki şəxslərin sığındığı Artsaxın Martuni bölgəsindəki Nngi qəsəbəsinə raket atəşlərinə qərq etdi.

Hücum nəticəsində mülki əhali arasında dağıntılar və yaralılar var.

Eyni zamanda, Azərbaycan tərəfi Bərdə rayonu istiqamətində raket atəşi ilə bağlı növbəti yalan xəbər yaydı.

Azərbaycan tərəfinin daha bir ucuz təxribatı beynəlxalq doğrulama mexanizmlərinin tətbiqinə alternativin olmaması barədə sadə həqiqəti təsdiqləyir.

Diqqətəlayiq haldır ki, Azərbaycan bu cür sistemin tətbiq edilməsindən israrlı şəkildə şəkinir”- deyərək Xarici işlər nazirliyinin açıqlamasında bildirilib.

Daha çox göstər
Back to top button