Başlıcaİctimaiyyət

Suriyalı muzdlu DQ münaqişə zonasındakı müharibədə yaraqlıların iştirakını təsdiqləyib

Suriya silahlı qüvvələrinin hərbçiləri türkpərəst silahlıları həbs edib. Onlar sorğu-sual zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən müharibədə öz qruplarının iştirakı və  itkiləri barədə danışıb.

“Armenpress”-ə əsaəsn, ərəb “Əl Hadas” telekanalının hazırladığı reportajda həbs olunmuş Əmin İmad əs-Seyid deyib ki, o “Sultan Murad” qrupunun üzvüdür, bundan əvvəl Azad Suriya ordusunda olub. O, türk müəllimləri rəhbərliyi altında Afrində təhsil alıb və aylıq 350 türk lirəsi (50 dollar) maaş alıb.

“Sultan Murad” yaraqlılarının Dağlıq Qarabağ münaqişəsi zonasındakı müharibədə iştirakı barədə suala cavab olaraq deyib ki, silahlılar müxtəlif qruplardan toplanır.

“Onlar minlərlə Türkiyədən Azərbaycana götürülür, 3 ay üçün 2000 dollar ödəyirlər, Livanda isə 6 ay üçün 1500 dollard ödəyirlər”- deyə suriyalı muzdlu qeyd edir.

Əs-Seyid erməni qoşunları ilə döyüşlərdə yaraqlıların verdiyi böyük itkilərdən də danışıb.

Daha çox göstər
Back to top button