
İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsində Dağlıq Qarabağdakı inkişafla bağlı müzakirədə iştirak edib.
İRNA-dan agentliyindən verilən məlumata görə, iclas ərzində Zərif bəyan edib
“İslam Respublikası, ölkənin yüksək rütbəli rəsmilərinin təstiqiylə görə, bu gün və ya sabah təqdim ediləcək olan Dağlıq Qarabağ münaqişəsinin daimi həlli üçün bir proqram hazırlayıb, daha sonra Moskva və Yerevanda onu izləyəcəyik”.
“Narahatlıq var, bölgədə terrorçuların varlığı mövcuddur. Bu baxımdan bunun İslam Respublikası üçün qəbuledilməz olduğunu biz açıq şəkildə bildirmişik”-deyərək o, qeyd edib.
İran Xarici işlər nazirinin müavini Abbas Əraqçi, İranın Dağlıq Qarabağ münaqişəsinin həlli təşəbbüsünü dəstəkləmək üçün Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcəkdir.