ArtsaxBaşlıcaSiyasət

30 hərbi qulluqçunun cəsədi və 1 mülki şəxs Ermənistana təhvil verilib

Oktyabrın 29-da Rusiya Federasiyasının müstəsna vasitçəlik səyləri sayəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin komandanın iştirakı ilə döyüş əməliyyatları ərzində həlak olan erməni hərbi qulluqçularının cəsədləri erməni tərəfinə təhvil verilib.

Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri ilə bir mülki şəxs də Ermənistan təhvil verilib.

Bu barədə ER Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” hesabında yazdı.

Öz növbəsində, Ermənistan tərəfi humanitar atəşkəs çərçivəsində əldə olunmuş razılaşmalara sadiq qalaraq, Artsax ərazisindəki azərbaycanlı hərbçilərin cəsədlərini Azərbaycan tərəfinə təhvil verməyə,Artsax-Azərbaycan cəbhə boyunca hərbi əməliyyatları nəticəsində mövqeləri yaxınlığında olan hərbçilərin cəsədlərinin çıxarılmasına, eləcə də hərbi əsirlər barədə məlumat verməyə və daha sonra onların mübadilə prosesinə başlamağa hazırdır.

Daha çox göstər
Back to top button