BaşlıcaSiyasət

Azərbaycan Türkiyənin Kargu kamikadze PUA-larından da istifadə edir

Oktyabrın 28-də Türkiyənin Divan-i Harp Telegram kanalı böyük ehtimalla Azərbaycanda şəkilmiş Türkiyə istehsalı olan KARGU kamikadze PUA-larının fotosunu paylaşıb. Məlumatı Razm.info yayıb.

Fotoda görünən yük maşınında Azərbaycan bayrağı görünür.

Kargu kamikadze dronları ilk dəfə 2017-ci il may ayında nümayiş olunmuşdu, dekabr ayında isə, dronlar sınaqdan keçirmək üçün Türkiyə SQ-nin xüsusi təyinatlılara verilmişdi.

Uçuş müddəti 15-30 dəqiqə, uçuş məsafəsi 5 km təşkil edən PUA maksimum 2800 metr yüksəkliyə qalxa bilir, sürəti 72 km/saat-dır.

Qeyd olunur ki, cari ilin iyul ayında Türkiyədən bu dronların ixracatı haqqında məlumat yayılmışdı, ancaq hansı ölkəyə göndərilməsi barədə məlumat yoxdu.

2019-cu il aprel ayında isə, Türkiyədə keçirilən IDEF-2019 sərgisində Azərbaycanın müdafiə naziri Zakir Həsənov Kargu dronlarının pavilyonuna getmişdi.

Bundan əlavə, hərbi əməliyyatlar ərzində Azərbaycan MN tərəfindən yayılmış videolardan birində kamikadze obyektinin partlayışı görünür və mümkündür ki, bu məhz Kargu dronudur.

Daha çox göstər
Back to top button