Azərbaycanın erməni tərəfinin həlak olmuş hərbiçiləri barədə yaydığı siyahi saxtadır

Azərbaycanlı hakerlər güya erməni tərəfinin həlak olmuş hərbiçilərinin saxta siyahisini dərc etmiş bununla da ictimaiyyət üzərinə psixoloji təzyiq göstərməyə və şübhələr toxumunu sğməyə cəhd etmişlər.
Bu haqda İnformasiya təhlükəsizliyi mütəxəssisi Samvel Martirosyan “Armenpress”lə söhbətində bildirib.
“Xoşbəxtlikdən, hərbi vəziyyət dövründə seçici reyestri bağlanır, uzun müddətdir seçici siyahıları polis saytında yerləşdirilir. Bütün məlumat bazası yüklənə və istifadə edilə bilər.
Aydındır ki, azərbaycanlılar da onu yükləmişlər. İndi həmin bazanı necə istəsələr eləcə də istifadə edə bilərlər”-deyə Martirosyan qeyd edib.
İnformasiya təhlükəsizliyi mütəxəssisi qeyd etdi ki, Azərbaycan bu saxta siyahıları sındırılmış erməni kanallarına şərhlərdə yayır.