BaşlıcaSiyasət

Co Bayden: “ABŞ Prezidenti Qarabağdakı müharibəni dayandırmaq üçün şəxsən müdaxilə etməlidir”

Siyasətçi, ABŞ prezidentliyinə namizəd Co Bayden, Azərbaycan qoşunlarının Dağlıq Qarabağdakı irəliləməsini dayandırmağı mümkün sayır.

“SputnikArmeniya”nın verdiyi məlumata görə, ABŞ prezidentliyinə namizəd Co Bayden, hazırkı dövlət başçısı, rəqibi Donald Trampı, Dağlıq Qarabağdakı vəziyyəti həll etmək üçün Ermənistan və Azərbaycan liderləri ilə birbaşa danışıqlara başlamağa çağırdı.Bu haqda “Ria Novosti” qeyd edib.

ABŞ Prezidenti bu müharibəni dayandırmaq üçün “şəxsən müdaxilə etməlidir”dedi. Bayden hesab edir ki, ABŞ rəhbərliyi “Türkiyə və Rusiyanı silah tədarük edərək (Türkiyə məsələsində muzdlular) münaqişəni alovlandırmağa son qoymağa çağırmalıdır”.

“ABŞ, Avropalı tərəfdaşlarımızla birlikdə hərbi əməliyyatların dayandırılması üçün diplomatik səylərə rəhbərlik etməli və əzablara son qoymaq üçün qlobal humanitar yardımda israr etməlidir”- deyərək Bayden qeyd edib.

O, deyib ki, seçilərsə ABŞ “məhz bununla məşğul olacaq”.,

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar 1992-ci ildən bəri üç həmsədr ölkənin – Rusiya, ABŞ və Fransanın rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır.

Oktyabrın 1-də Rusiya, ABŞ, Fransa preüzidentləri Vladimir Putin, Donald Tramp və Emanuel Makron, həmsədrlərin lideri olaraq, Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bir açıqlama yaydılar.

Münaqişə bölgəsində təmas xəttində şiddətin artmasını kəskin şəkildə  məhkum  etdilər.Putin, Tramp və Makron hərbi əməliyyatların dərhal dayandırılmasına çağırdılar.

Daha çox göstər
Back to top button