
İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi bu gün danışıqlar üçün Moskvaya gedincə, deyib ki, Minsk Qrupu Dağlıq Qarabağ böhranının həllində səmərəli olmadığını göstərib. O qeyd edib ki, İran öz layihəsini təqdim edir. Bu barədə RİA Novosti məlumat yayıb.
“Minsk Qrupunun yaradılmasından 30 il keçib və o qrup Qarabağ məsələsi üçün həll tapa bilməyib və səriştəsizliyini sübut edib. Bu qrupa daxil olan bəzi ölkələr ümumiyyətlə bölgəmizdən deyil və onların böhranla heç bir əlaqəsi yoxdur. ATƏT-in Minsk Qrupunun təsirsizliyi praktik olaraq sübut edilib”- deyə səfirliyin Telegram kanalı onun sözlərindən sitat gətirib.
Əraqçi vurğulayıb ki, İranbölgədə əsas rolu olan ölkələrin iştirakı, o cümlədən Rusiyanın iştirakı ilə böhranın həllinə regional yanaşma təklif edib.
“İranın əsas məqsədi Dağlıq Qarabağ böhranına son qoymaqdır. İranın layihəsinin xüsusiyyəti məsələyə regional yanaşma və realizmin göstərilməsidir”- deyə o İran səfiri əlavə edib.