
“Medianın suallarına cavab olaraq sizə bildirmək istəyirəm ki, DQR ikinci və üçüncü prezidentləri Arkadi Qukasyan və Bako Sahakyan oktyabrın 20-də Baş nazir Nikol Paşinyanla görüşü zamanı, ER-nın birinci və ikinci prezidentləri Levon Ter- Petrosyan və Robert Koçaryan Moskvaya getmək və rus elita nümayədələriylə DQ ətrafında yaranmış vəziyyəti müzakirə etmək və nəticədə Ermənistan hökumətinə yaranmış vəziyyətdə konkret həllər yolunu təklif etmək üçün getmək istədiklərini bildirmişlər.
DQR istefa edən prezidentləri, mümkün səfərin nəticələrinin Ermənistanın keçmiş DQR liderlərinin görüşü zamanı müzakirə olunmasını təklif etdilər. Baş nazir Paşinyan, Ermənistan və Artsaxın atacağı hər hansı bir addımın lehinə heç bir maneə ola bilməyəcəyini vurğulayaraq təkliflə razılaşdı.
Əldə etdiyimiz məlumata görə istefa edən prezidentlər hələ Ermənistanı tərk etməyiblər. Hər halda, Baş nazir, hökumət vəziyyətin həlli üçün təkliflərə açıqdır, bu cür təklifləri müzakirə etməkdən heç vaxt imtina etməmişdir”- deyərək ER Baş nazirinin mətbuat katibi Mane Gevorkyan qeyd edib.