
Rusiya Dağlıq Qarabağda davam edən döyüş əməliyyatlarından və Yaxın Şərqdən xarici muzdluların getdikcə daha çox cəlb olunmasından dərin narahatdır. Bununla bağlı Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün jurnalistlərə açıqlama verib.
“Münaqişə edən tərəflərin iqtisadiyyatına dəyən xərclər də əhəmiyyətli dərəcədə artdıdır”-deyərək o, qeyd edib.
Biz əminik ki, məsələnin sülh yolu ilə həllinə alternativ yoxdur”- deyərək Zaxarova, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində danışıqların bərpa olunmasının vacibliyini vurğuladı.
O, oktyabrın 25-də Ermənistan və Azərbaycanın Xarici işlər nazirlərinin ABŞ Dövlət katibi MaykPompeo və ATƏT-in Minsk Qrupu həmsədrləri ilə ayrı-ayrı görüşlər keçirdiyini xatırladıb.
“Tərəflər oktyabrın 26-da səhər saat 8-də qüvvəyə minməli olan humanitar atəşkəsin qorunması barədə öhdəliklərini təsdiqlədilər. Təəssüf ki, beynəlxalq ictimaiyyətin hərbi əməliyyatları dayandırmaq üçün etdiyi bir cəhd uğursuz oldu. Ermənistan və Azərbaycan Xarici işlər nazirləri ATƏT Minsk Qrupu həmsədrləri ilə oktyabrın 30-da Cenevrədə gələcək addımları müzakirə etmək üçün görüşəcəklər” deyərək Zaxarova qeyd edib.