BaşlıcaSiyasət

Türk sülhmərmalıları həm Ermənistan, həm də ABŞ üçün qəbuledilməzdir: Trampın məsləhətçisi

Türk sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi həm Ermənistan, həm də ABŞ üçün qəbuledilməzdir. Bunu, ABŞ prezidentinin milli təhlükəsizlik məsələlər üzrə  müşaviri Robert O’Brayn Los-Ancelesdəki erməni icması ilə görüşü zamanı söyləyib.

“Üç dəfə atəşkəs razılaşması əldə edilib və üç dəfə pozulub. Aydındır, bölgədə sülhməramlı qüvvələrin iştirakı olmadan heç bir yerli atəşkəs olmayacaq. Sülhməramlılar ATƏT-in Minsk qrupunun həmsədrini, eləcə də qonşu Ermənistan və Azərbaycanı təmsil etməməlidirlər. Türk sülhməramlılarının Qarabağda yerləşdirilməsi həm Ermənistan, həm də ABŞ üçün qəbuledilməzdir”- deyə O’brayn qeyd edib.

O vurğulayıb ki, Türkiyənin yüksək rütbəli rəsmiləri onunla şəxsi söhbətlərində belə, terrorçuların Azərbaycana köçürülməsi faktını inkar edir.

“Müharibədə Azərbaycanın üstünlüyü var, çünki neft ehtiyatları hesabına çox sayda silah alıb. Bundan əlavə, Türkiyə hər cür şəkildə Azərbaycanı dəstəkləyir, silah tədarük edir və terrorçuları işə cəlb edir. Ancaq Türkiyədə mənimlə danışanda belə bunu inkar edirlər”- deyə Trampın müşaviri vurğulayıb.

O’brayn həm də bildirib ki, erməni icması ilə görüşü Prezident Donald Trampın təşəbbüsü ilə həyata keçirilib. Onun sözlərinə görə, Tramp özü “Qərbi sahilindəki erməni dostları ilə” görüşməyi təklif edib.

Daha çox göstər
Back to top button