ArtsaxBaşlıcaSiyasət

Artsax İHM raketlə atəşə tutulmuş Stepanakertdəki bazardan beynəlxalq ictimaiyyətə videomesaj göndərib – VİDEO

Artsax İnsan Hüquqları Müdafiəçisi Artak Beglaryan, Stepanakertdəki raketlə atəşə tutulmuş  bazardan video yayımlayıb. Müdafiəçi xarabalıqların ortasında dayanıb, Azərbaycanın növbəti cinayəti barədə ingilis dilində danışır. O, qeyd edir ki, Ermənistan və Azərbaycan Xİ nazirlərinin Cenevrədə dinc yaşayış məntəqələrini hədəf almamaq barədə razılığından dərhal sonra bu baş verib.

“Bazar istənilən hərbi obyektdən çox uzaqdır, şəhərin mərkəzindədir. Bu raket hücumu nəticəsində bir çox mağaza dağılıb və ya ciddi ziyan görüb. Böyük maddi ziyan var”- deyə Beglaryan qeyd edib.

Azərbaycan tərəfindən Martuninin Herher kəndinin atəşə tutulması nəticəsində 59 yaşlı kişi öldürülüb. Beglaryana görə, bu, Azərbaycanın Artsaxda humanitar fəlakət yaratmaq məqsədi ilə qəsdən mülki obyektləri və infrastrukturu hədəf alaraq, Artsaxın mülki əhalisinə qarşı müharibə cinayətlərini davam etdirməsi deməkdir.

“Mən koram, amma bütün bunların nəticələrini toxunmaqla görürəm. Mən koram, amma hərəkət edirəm. Beynəlxalq cəmiyyət kor deyil, amma nəticə vermir. Beynəlxalq ictimaiyyət hər şeyi gözləriylə toxunmadan görür, ancaq düzgün addım atmır, bu səbəbdən belə cinayətləri Azərbaycan və Türkiyədən gələn terrorçular törətməyə davam edir”-deyə Beglaryan elan edir və beynəlxalq ictimaiyyəti kor olmağa deyil, sadəcə danışmağa son qoymağa və fəaliyyətə başlamağa çağırır.

Daha çox göstər
Back to top button