BaşlıcaSiyasət

Bakıda çoxmənalı mitinq

Azərbaycanın    gizli olmayan düşmənləri gündən-günə artır. Əgər Abşeron Respublikasında nifrətçilik  çağırışları bson vaxtlarda  sırf ermənilərə yönəldilmişdisə, indi ruslar və iranlılar irqçi motivlərin hədəfinə çevriliblər.

İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında keçirilən mitinq zamanı “Rusiya, İran və ermənilər bizim düşmənimizdir” ifadələriylə şüarlar səsləndirildi.

 Nümayiş polisin açıq icazəsi ilə həyata keçirildi və türk ekstremist partiyası “Boz Kurtlar”ın məşhur jestinin nümayişi ilə müşayiət olunan şüarlar aksiyanın təşkilində mütləq bir türk barmağının izi olduğunu göstərdi.

Təbii ki, mitinq Azərbaycan hakimiyyəti tərəfindən təşkil edilmişdi, əks təqdirdə İran İslam Respublikasının səfirliyi qarşısında hərbi vəziyyət şəraitində kütləvi tədbir qadağan edilmişdi.

Polisin iştirakı etirazçıların vəhşi ehtiraslarını cilovlamaq üçün deyil, onların əvvəlcədən yazılmış senaridən yayınmalarının qarşısını almaq idi.

Qeyd edək ki, Əliyev üçün   bunun keçmişi var bunun, aylar əvvəl paytaxtda Qarabağla bağlı böyük bir mitinq təşkil edilmişdi..

Hamı üçün gözlənilmədən kütlə hökumət əleyhinə çağırışlar səsləndirməyə başladı və təhlükəsizlik qüvvələri qiyamı dayandırmaq üçün təcili tədbirlər görməsəydi, inqilabın çarxını dayandırmaq qeyri mümkün olacaqdı. Əliyev özü də gözlənilməz hadisələri vurğulamağı unutmadan etiraf etmişdi.

İran xarici işlər nazirinin müavininin təqdim etdiyi tanınmış vasitəçilik proqramının Bakının maraqlarına uyğun olduğu üçün İranla narazılığın tam olaraq nəyə səbəb olduğunu dəqiq söyləmək çətindir.

Abşeronun paytaxtında yəqin ki,damaqlarına xoş gəlməyən qoxu hiss ediblər.. Zaman nəyi göstərəcək.

Rusiyaya qarşı nifrətçiliksə  ayrı bir şəkildə müzakirə edilməli olan tamamilə fərqli bir mövzudur.

Daha çox göstər
Back to top button