Başlıcaİdman

FFA Azərbaycanın “Qarabağ” klubunun avrokuboklardan kənarlaşdırılmasını tələb edir

Son bir ay ərzində, Ermənistan Futbol Federasiyası Azərbaycan futbolunun müxtəlif nümayəndələrinin  hərbi  nəfəsli   dərcləri militarist davranışları və anti-erməni yazılarıyla bağlı  UEFA-FIFA-ya çoxsaylı şikayətlər göndərib.

Bu  haqda Ermənistan Futbol Federasiyası məlumatlandırıb.

“Bu şikayətlərin əksəriyyəti hazırda UEFA İntizam Etika Komitəsi tərəfindən araşdırılır.

Azərbaycan futbolu təmsilçilərinin hərbiləşdirilmiş, siyasiləşdirilmiş  məhkumedici münasibəti bir aya yaxındır nümayiş olunur, amma bu gün internetdə yayılanlar dəhşətlidir, bütün  sivilizasiya və mənəvi standartları aşır.

“Qarabağ Futbol Klubunun sözçüsü Nurlan İbrahimov rəsmi sosial şəbəkədəki səhifəsində sözün əsl mənasında qoca və cavan bütün ermənilərin fərq qoymadan  öldürməyə çağırdığını bəyan edib.

Türkiyənin ermənilərə qarşı soyqırım törədildiyi faktını doğrultmuşdur. İbrahimov  yazını artıq pozmuşdur. Təbii olaraq  yüzlərlə istifadəçilər onu  oxumuş və  saxlamışdır.  

Azərbaycan klubu təmsilçisinin hərəkətini sözlə təsvir etmək çətindir. Bu, Azərbaycan futbol rəsmilərinin “adi”  yazılarından biri deyil  ki, ondan sonra FFA futbolu hərbiləşdirməməyi və ya siyasiləşdirməməyi tələb etdi.

 Bu, UEFA-nın himayəsi altında bir turnirdə oynayan bir klub nümayəndəsi tərəfindən  bir qatil münasibəti, etnik zorakılığın vəhşicəsinə təbliği, faktiki olaraq yeni bir soyqırım çağırışıdır.

UEFA, futbolu siyasiləşdirməmək, futbol ailənin üzvləri arasında yabancı düşmənliyi istisna etmək və həmrəylik yaratmaq siyasətini davamlı olaraq həyata keçirən qurumdur.

 Nurlan İbrahimovun dözülməz addımına UEFA adekvat münasibət göstərməlidir. Fərqli bir yanaşma, beynəlxalq futbol matçlarından əvvəl yayılan məqbul şüarların formal olması deməkdir.

Ermənistan Futbol Federasiyası UEFA-ya müvafiq şikayət göndərərək, həm yuxarıda adı çəkilən işçinin, həm də Azərbaycan klubunun avrokuboklardan kənarlaşdırılmasını ciddi cəzalandırılmasını tələb etdi.

Nifrət nitqi, şiddət çağırışları,  rasizm, düşmənçilik zorakalıq çağırışları, fundamental şəkildə ləğv edilməli Avropa futbol ailəsində qəbul edilən dəyərlərə sadiq qalaraq futboldan kənarlaşdırılmalıdır” – deyərək məlumatda   qeyd olunub.

Daha çox göstər
Back to top button