Başlıcaİctimaiyyət

İbrahimov Lavrovu və Mişustini öldürməyəmi gedəcək? Solovyov Nurlan İbrahimovun erməniləri öldürməyə çağırışını şəhr edib

Rus jurnalist və teleaparıcı Vladimir Solovyov, öz YouTube kanalında canlı olaraq, Azərbaycanın “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimovun dəhşətli çağırışına münasibət bildirib. Infoteka24 saytına əsasən, çağırışda deyilir: “Biz bütün erməniləri öldürməliyik. Uşaq, qadın, qoca kişi. Fərqi yoxdur, öldürülməlisən”. Əlbətdə ki, İbrahimov qorxaqlıqla yazısını sildi, ancaq skrinşot sosial şəbəkələrdə yayıldı.

Solovyov sual verir: “Ölkə rəhbəri belə açıqlamaya münasibət bildirmək istəyirmi”?

“O (İbrahimov) özü yeqin bombalanan Artsax doğum evində öldürməyəmi gedəcək? Bəlkə özü erməni körpələrini yandıracaq? Mənə azərbaycanlıları və türkləri öldürməyin lazım olduğunu söyləyən bir erməni siyasətçisini və ya bloqçunu göstərin, mən də onu qınayacağam”- deyə Solovyov qeyd edib.

O, İbrahimovu, hamını – yəhudiləri, qaraçıları, slavyanları öldürmək lazım olduğuna inanan Hitlerlə müqayisə edib.

“Bunu bizə qardaş olan ölkənin vətəndaşları söyləyir. İndi orada bütün insanları erməni olduğu üçün öldürməyə çağıran nəsil yetişib. Düzgün başa düşürəm ki, Sergey Viktoroviç Lavrovu öldürməyəmi gedəcək? Çünki atası tərəfindən erməni olduğunu yazırlar. Mixail Vladimiroviç Mişustini öldürməyəmi gedəcək? Doğru anlayıram? Yəni ən azı bir damla erməni qanının axdığı Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirmək mümkün deyil?”- deyə o söyləyib.

Jurnalist bu fonda bir sıra vacib suallar qaldırır: Bakıda yaşayan otuz min erməni, Əliyevə görə, çox yaxşı hiss edən ermənilər bu vəiyyətdə necə hiss etməlidir? Əliyevin tamamilə qəribə gələcək vəd etdiyi Qarabağ erməniləri özlərini necə hiss etməlidirlər? Bu şəxslərə qarşı artıq cinayət işi qaldırılıb və həbs ediləcəklərmi?

Daha çox göstər
Back to top button