BaşlıcaSiyasət

Arman Tatoyan beynəlxalq ekspertlərə Artsax xalqına qarşı Azərbaycan SQ-nin vəhşiliklərini təqdim edib

Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan, “Bir azad dünya” beynəlxalq insan haqları təşkilatının qurucusu Maced El Şafi və İslandiya Parlamentinin üzvü Birgir Torarinson ilə işgüzar görüş keçirib.

“Dinc əhalinin hədəf alınması və onlara qarşı qadağan olunmuş silahların tətbiqi, muzdlu terrorçuların cəlb edilməsi, ermənilərə qarşı nifrət və Azərbaycan silahlı qüvvələrinin etdiyi vəhşilik və qeyri-insani rəftar sübut edir ki, bunlar Artsaxda terror üsulları ilə etnik təmizləmənin aparılması məqsədi daşıyır”- deyə Tatoyan qeyd edib.

Görüşdə Arman Tatoyan Azərbaycan silahlı qüvvələri tərəfindən mülki şəxslərə qarşı törədilən vəhşiliklər və cinayətlər, o cümlədən qadağan edilmiş silahların istifadəsi, mülki əhalinin hədəf alınması və infrastrukturun dağıdılması barədə faktlar təqdim edib.

İclas iştirakçıları insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın vacibliyini vurğulayıblar və əməkdaşlıq haqqında yeni razılaşmalar əldə ediblər.

Daha çox göstər
Back to top button