BaşlıcaSiyasət

“Взгляд”: “Artsaxın qurtuluşu Rusiya üçün həyati əhəmiyyət daşıyır”.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı seçicilik və ya mütənasiblik prinsipini pozan hücumların müharibə cinayətləri ilə eyniləşdirilə biləcəyi barədə xəbərdarlıq etdi.

“Sputnik Armeniya”nın verdiyi məlumata görə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Dağlıq Qarabağ münaqişəsi bölgəsinə və ətrafına yaşayış yerlərinin bombardıman edilməsini  beynəlxalq humanitar hüquqa zidd olduğunu və müharibə cinayətləri ilə eyniləşməsi  olduğu haqda bəyanat yaydı.

“Biz dəfələrlə tərəfləri mülki əhaliyə ziyan vurmamaq, mülki infrastruktura ziyan vurmamaqdan çəkinmək və ya

minimuma endirmək, mülki əhali ilə döyüş əməliyyatları iştirakçıları, mülki və hərbi obyektləri ayırmaq üçün mümkün olan bütün tədbirləri görməyə çağırmışıq.

Bunun əvəzində evlər daölıb küçələr viranəliklərə çevrilib və nəticədə adamlar  məcburən qaçmış və ya  sığınacaqlarda yerləşməli olmuşlar”-deyərək Baçelet qeyd edib.

Ali Komissar seçicilik prinsipini və ya mütənasiblik prinsipini pozan hücumların müharibə cinayətləri ilə eyniləşdirilə biləcəyini xatırlatdı.

“Münaqişə tərəfləri bu cür pozuntuları təsirli, operativ, hərtərəfli və qərəzsiz araşdırmaq, iddia edilən günahkarları məhkəmə qarşısında  cavab verməyə vadar etməlidir.Oxşar hücumlar gəərk dayandırılsın.

Onu həyata keçirmək yaxud    sərəncamlar verənlər məsuliyyətə cəlb olunmalıdır”-deyərək Baçelet qeyd edib.

Ali Komissar iki erməni əsirinin hərbi birləşmədə Azərbaycan qoşunları tərəfindən edam edildiyini əks etdirən videoya diqqət çəkdi.

Bütün münaqişə tərəflərini mülki əhalini və infrastrukturu qorumaq üçün beynəlxalq humanitar qanunlar çərçivəsində götürdükləri öhdəliklərə əməl etməyə çağırdı.

 Onun sözlərinə görə, tərəflər hərbi əməliyyatları dayandırmalı, humanitar atəşkəsi davam etdirməli və münaqişənin sülh yolu ilə uzunmüddətli həlli üçün danışıqlara başlamalıdır.

Daha çox göstər
Back to top button