ArtsaxBaşlıca

AR İHM: “1815 hektar meşə yanıb. Artsax əhalisi ekoloji fəlakətlə üzləşir”(Fotolar)

Azərbaycan silahlı qüvvələri meşələrin yandırılması cinayət metodologiyası ilə meşələrdə sığınan mülki əhaliyə zərər verməyi hədəfləyir.

“SputnikArmeniya”nın verdiyi məlumata örə, Artsax İnsan hüquqları müdafiəçisinin fakt araşdırma missiyası çərçivəsində məlum olub ki, Azərbaycan tərəfinin Artsax meşələrini qəsdən yandırması geniş yayılıb və bütün bölgələri əhatə edir.

Bu haqda Artsax insan hüquqları müdafiəçisinin mətbuat xidməti tərəfindən məlumatlandırılıb.

Xatırladaq ki, mülki yaşayış məntəqələrinin hədəf alınması ilə paralel olaraq, Azərbaycan silahlı qüvvələri, əvvəlcədən verilən məlumatlarla əsasən, qadağan olunmuş ağ fosfor silahından istifadə edərək Artsaxın meşəlik ərazilərinə qəsdən od vurub.

İlkin məlumata görə, 1815 hektar meşə sahəsi artıq yandırılıb, lakin müxtəlif yerlərdə yanğınlar davam edir, sürətli artma  meyli var.

“Yandırılmış meşələrin həcmi və coğrafi əhatə dairəsi nəzərə alınmaqla, Artsax Respublikasının əhalisi bölgədəki ekoloji təhlükəsizliyə xələl gətirən və Artsax xalqının həyatı və sağlamlığı üçün uzunmüddətli təhlükəli nəticələrə səbəb olan ekoloji fəlakətlə üzləşir”-deyərək məlumatda bildirilib.

Qeyd olunur ki, bu cinayət metodologiyası ilə Azərbaycan silahlı qüvvələri meşələrdə sığınan mülki əhaliyə zərər vermək məqsədini güdür.

Müdafiəçi Azərbaycan silahlı qüvvələri tərəfindən qəsdən Artsax meşələrinin yandırılmasının hərbi cinayət olduğunu vurğulayır, beynəlxalq ictimaiyyəti Azərbaycan cinayətlərini qınamaq və günahkarları cəzalandırmaq üçün əməli addımlar atmağa çağırır.

Այրվել է 1815 հա անտառ. Արցախի բնակչությունը կանգնած է բնապահպանական աղետի առաջ. ԱՀ ՄԻՊ
Այրվել է 1815 հա անտառ. Արցախի բնակչությունը կանգնած է բնապահպանական աղետի առաջ. ԱՀ ՄԻՊ (լուսանկար)
Daha çox göstər
Back to top button