BaşlıcaSiyasət

İsrail öz qüvvələrini şeytanla birləşdirib: Nikol Paşinyan

Ermənistanla hazırkı münaqişədə İsrail Azərbaycanı dəstəkləmək məsələsində Türkiyə, terrorçular və suriyalı muzdlularla birləşib. Bunu ER Baş Naziri Nikol Paşinyan “Jerusalem Post” qəzetinə verdiyi müsahibədə deyib qeyd edərək ki, sonunda İsrail bu birliyin nəticələrindən əziyyət çəkəcək.

“Jerusalem Post”ə görə, Paşinyan Qüdsü Azərbaycanı silahlandırmaqda günahlandıraraq sonuncunun “Dağlıq Qarabağda erməni soyqırımı törətmək” niyyətində olduğunu vurğulayıb.

Qəzet yazır ki, İsrail rəsmi olaraq döyüş əməliyyatlarına münasibət bildirmir və bu ölkənin XİN İsrailin münaqişəyə qarışmasının qarşısını almağa çalışır, ancaq Paşinyan deyib ki, İsrail hazırda münaqişədə çox fəal iştirak edir, “çünki İsrailin pilotsuz uçan aparatları Dağlıq Qarabağa qarşı müharibədə aktiv şəkildə istifadə edilir”.

“Düşünürəm ki, İsrail aşağıdakıları düşünməlidir: muzdlular, islamçı terrorçular və İsrail indi eyni tərəfdədirlər. Deməli İsrail onun üçün əlverişli mövqe olub-olmadığını düşünməlidir”- deyə ER Baş naziri qeyd edib.

O əlavə edib ki, İsrail, həmçinin Dağlıq Qarabağla mübarizə aparmaq üçün Azərbaycana minlərlə suriyalı muzdlu göndərən Türkiyə ilə münaqişənin eyni tərəfində olmaq istəyib-istəmədiyini də düşünməlidir.

“İsrail özünə soruşmalıdır ki, de fakto Dağlıq Qarabağa qarşı muzdluları ilə yan-yanaşı mübarizə aparmır? Bu onun üçün əlverişli mövqedir? Əgər belədirsə, Tanrı qorusun, amma mən düşünürəm ki, bəzi nəticələr olacaq və bu nəticələrlə üzləşməli olacaqsınız”- deyə o qeyd edib.

“Jerusalem Post” xatırladıb ki, oktyabrın əvvəlində Ermənistanın İsraildəki səfirini geri çağırdıqdan sonra prezident Reuven Rivlin Ermənistan hakimiyyəti ilə əlaqə saxlayaraq humanitar yardım təklif edib.

Buna cavab olaraq Nikol Paşinyan qeyd edib: “Muzdlulara silah satan və bununla mülki əhalini vuran ölkədən humanitar yardımmı? İsrailin bu yardımı muzdlulara və terrorçulara göndərməsini təklif edirəm. Bu onun hərəkətlərinin məntiqi davamı olacaq”.

Paşinyan vurğulayıb ki,  Türkiyənin “imperialist istəklərinin” İsrailə çatması yalnız zaman məsələsidir.

Daha çox göstər
Back to top button