
ER İstintaq Komitəsi Erməni Silahlı Qüvvələri tərəfindən girov götürülmüş suriyalı terrorçu, 32 yaşlı Yusef Əl-Əbed Əl-Hacının dindirilməsindən kadrlar yaydı.
Əl-Hacı Suriyanın İdlib bölgəsinin Ziadia kəndindir. Məktəbə gətməmişdir. Oxuma-yazmağı bilmir. Heyvandarlıqla məşğul olmuşdur. Həyat yoldaşı və 5 uşağı vardır. Ona Azərbaycana getməyi qonşusu İbrahim təklif etmişdir.
“Mənə deyib ki, orada hərbi təlimlərdə iştirak etməliyəm və ayda 2000 dollar veriləcəkdir. Atam və həyat yoldaşım buna qarşı idi, amma qonşu kəndlərdən kişilərin getdiyini öyrənincə mən də getməyə qərar verdim”,-Əl-Hacı deyir.
O həmçinin qeyd edir ki, onlardan 500 nəfər seçilib və 10 avtobusla Suriyadan Türkiyəyə aparılıblar. Oradan da hava limanından Azərbaycana getdilər.
“Bizi Azərbaycanda azərbaycanlı və türk hərbçilər qarşıladı. Bizə silah və patronlar verdilər”.
Oktyabrın 18-də pikaplarla onları Artsax istiqamətində yola saldılar və qaçmağa cəhd etdikləri zamanı onlara atəş açmaqla tədid etdilər. Onlara dedilər ki, erməni kəndi zəbt etməli və kənddəkiləri kəsməlidirlər.
“Hər bir erməninin kəsilmiş başı 100 dollardı. Bizə bunun üçün bıçaqlar verildi. Kim qorxusa dərman verdilər”.
Artsaxda kənd istiqamətində gəlincə ermənilər atəş açdı və 15 nəfər öldü, bir çoxları isə yaralandı. Terrorçu qeyd edir ki, Azərbaycan qoşunları onu 5 gün yaralı şəkilə yalnız buraxdı və o təslim olmağa qərar verib.
“Azərbaycanlılar gərçək kafirdirlər. Mən də bu insanlara qarşı döyüşməyə gəldiyim üçün kafir biriyəm. Azərbaycana gəlməyə hazırlaşanlar bu addımı qoy atmasınlar, çünki ermənilər yaxşı insanlardır. Onlar məni ölümdən xilas etdilər. Yoxsul olduğunza görə, pul qarşılığında sizi ermənilərə qarşı döyüşməyə təhrik etsələr də, gəlməyin. Yoxsul olmaq daha yaxşıdır”,-deyə Əl-Hacı qeyd etdi.