
Ermənistan Prezidenti Armen Sarkisyanın fikrincə, sentyabrın sonunda Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi təsadüf deyil.
RBC-yə verdiyi müsahibədə müharibənin Azərbaycan tərəfindən illərdir hazırlandığını qeyd edib.
“Niyə sentyabr ayında başladı? Çünki Amerika o zaman seçki öncəsi debatlarla məşğul idi. Dünyada bir koronavirus olduğu və hamının məşğul olduğu sağlamlıq naminə mübarizə aparırdılar.
Bundan əlavə , bu gün Türkiyənin Azərbaycana böyük təsiri nəzərdən keçirilir”-deyərək Sarkisyan qeyd edib.
ER Prezidentinin sözlərinə görə, mövcud münaqişə uzun illərdir hazırlanıb. “Azərbaycan silah almaq üçün milyardlarla dollar xərclədi və Qarabağda ermənilər o dövrdə kəndlər, məktəblər, uşaq bağçaları və xəstəxanalar tikdilər.
Bəzi analitiklər bunkerlər vəqalalar tikməyin lazım olduğunu desələr belə, ancaq ermənilər beynəlxalq əlaqələrə inanıblar” –deyərək o,əlavə etdi.
ER Prezidenti, mövcud münaqişənin kökündə 1920-ci ildə, Dağlıq Qarabağın Azərbaycan SSR-ə verildiyi vaxtda gəldiyinə dair bir fikir söylədi.
“Azərbaycan ərazi bütövlüyü məsələsini gündəmə gətirir. Hansı ərazi bütövlüyü? Hansını ki,Sovet İttifaqı 70 il əvvəl vermişdi?”-deyərək o, qeyd edib.
“Sovet İttifaqının qurucuları mədəniyyət, tarix və dinin nüansları barədə düşünmürdülər. Onun hamısı ikinci dərəcəli idi. Heç kim bütün SSRİ ərazisində mövcud olan və süqutundan sonra sonra özünü göstərən ağrılı problemlərə əhəmiyyət vermədi”- deyərək Sarkisyan bildirib.