BaşlıcaSiyasət

Sarkisyan: “ Qərb başa düşməlidir ki, Türkiyənin Azərbaycanda olması qaz və neft üzərində nəzarət deməkdir”

Türkiyə öz məqsədləri üçün Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etdi. Və belə uzunmüddətli hədəflərdən biri də Avropaya təzyiq göstərməkdir. Ermənistan Prezidenti Armen Sarkisyan bu barədə RBC-ya verdiyi müsahibəsində bildirib.

Sarkisyana görə, Türkiyənin bu gün Azərbaycana təsiri olduqca böyükdür. Münaqişənin hərbi yolla həllində Bakıya yardım vəd edən Ankara qonşu ölkədə hərbi və siyasi varlığını gücləndirməyə ümid edir.

“Türkiyə təkcə Azərbaycanda neft boru kəmərlərini qorumaq istəmir, həm də bunları idarə etmək istəyir.

Qərb başa düşməlidir ki, Türkiyənin Azərbaycanda olması Orta Asiyadan Avropaya axan qaz və neft üzərində nəzarəti deməkdir.

Və Türkiyənin enerji daşıyıcıları üzərinə tam nəzarətisə Avropanın hansısa mənada Türkiyənin girovuna çevrilməsinə aparar” – deyərək Sarkisyan bildirib.

“Ermənistanın Azərbaycanın neft və qaz infrastrukturuna zərbə vurmaq niyyətində olduğu iddia edilirdi.Lakin bu cəfəngiyatdır. Əgər ermənilər həmin infrastrukturlara zərbə vurmaq istəsəydilər, bunu 20 il əvvəl edərdilər.

Ancaq ermənilər bunu etmədilər. Boru kəməri tikildi, təxminən 20 ildir bu istiqamətdə güllə atılmadı və Azərbaycan milyardlarla pul yığdı.

Və  milyardlar milyardlar erməni uşaqlarını və qocalarını məhv edən silah almağa xərcləndi”-  deyərək ER Prezidenti  qeyd etdi.

Daha çox göstər
Back to top button