
ER Baş nazirin baş müşaviri, keçmiş müdafiə naziri, general-leytenant Vağarşak Harutyunyan “Haykakan jamanak”-la söhbətində bildirdi ki, Ermənistan və Rusiya arasında 1997-ci ildə imzalanan müqaviləyə əsasən, Rusiya lazım olduqda Ermənistan qarşısında öhdəliklərini yerinə yetirəcək.
Harutyunyana görə, Ermənistanın Baş nazirinin məktubundan sonra məsləhətləşmələr artıq başlayıb. Nəticədə Rusiyanın müdaxiləsinin ölçüsü, növü və zəruriliyi müəyyənləşdiriləcəkdir.
“Belə ki,hər şey vəziyyətə uyğun şəkildə öz fonunda gedir.Rusiya tərəfinin hərəkətə keçməsi yenilik deyil və bunu artıq həyata keçirməkdədir”-deyərək Nikol Paşinyanın baş müşaviri qeyd edib.