İdman

Beynəlxalq ictimaiyyət Türkiyənin davranışını görmək istəmir. Armen Sarkisyanın İsveç İctimai Radiosuna müsahibə verib

İsveç ictimai yayımçısı Sveriges Radio AB, Artsaxa qarşı Azərbaycanın başlatdığı hərbi təcavüzü və Türkiyənin iştirakını təqdim edərək Ermənistan prezidenti Armen Sarkisyanın verdiyi müsahibədən parçalar yayımlayıb.

“Ermənistan prezidenti Armen Sarkisyan düşünür ki, beynəlxalq ictimaiyyət müharibəyə kifayət qədər qətiyyətli reaksiya vermir. O söyləyir ki, dünya liderləri Türkiyənin münaqişədəki rolunu az qiymətləndirir. Prezident Sərkisyan bizimlə eksklüziv reportajda vurğulayır ki, Türkiyənin iştirakı olmasaydı, döyüş əməliyyatları artıq bitmiş olacaqdı”- deyə jurnalist qeyd edərək prezident Sarkisyandan sitat gətirir: “Məsələ yalnız Azərbaycan olsaydı, müharibə ikinci və ya üçüncü həftədə dayandırılmış olacaqdı. Buradakı problem Türkiyə texnikaları, müasir Türkiyənin müasir PUA-ları, texnologiyası, F-16 qırıcıları, təlim keçmiş əsgərləri, təlimatçıları, zabitləri, generalları ki, əslində əməliyyatlara rəhbərlik edir. Hamımız bilirik ki, Türkiyə dünyanın ən böyük ordularından birinə sahibdir və o dünyanın ən aqressiv ordularından biridir. İraqda, Suriyada və indi burada davamlı müharibədədirlər. Beynəlxalq cəmiyyətin daha sürətli hərəkət etməsini, Türkiyəyə həqiqi təzyiq göstərməsini istərdim, çünki bu ölkə qeyri-sabitlik mənbəyidir. Azərbaycanın atəşkəslə razılaşmasına icazə verməyən Türkiyədir. Türkiyə münaqişəni davam etdirmək istəyir. Çünki nə qədər uzun sürsə, o qədər də Azərbaycanda daha möhkəm varlıq quracaq”.

Prezidentin Qarabağda baş verənlər barədə dünyanı məlumatlandırmaq üçün diplomatik əlaqələrindən istifadə etdiyini vurğulayan journalist qeyd edib ki, yüz ildən çox əvvəl Osmanlı İmperiyasında Erməni Soyqırımı xatirəsiylə yaşayan Ermənistan və ermənilər üçün Türkiyənin münaqişəyə qarışmasının çox həssas mövzudur. “Ancaq prezident Sarkisyan başqa bir məsələni vurğulayır: Türkiyə, hazırkı rəhbərliyiyl bu dəfə Cənubi Qafqazda öz təsirini yaymağa çalışır”- deyə jurnalist, Armen Sarkisyandan sitat gətirərərk vurğulayır.

“Beynəlxalq ictimaiyyət son on ildə Türkiyənin çox aqressiv istəklərini görmür. Beynəlxalq ictimaiyyət Türkiyənin bugünkü kimi davranmasına icazə verərək uğursuz oldu. Suriyada, İraqda və indi Livanın şimalında onları dayandırmadılar. Aralıq dənizinin şərqində dayandırmadılar, Kiprin yarısını işğal edərək ərazi bütövlüyünü pozduqları zaman dayandırmadılar. İraq və Suriyanın ərazi bütövlüyünü pozdular və indi gəlib Azərbaycanın ərazi bütövlüyü barədə danırlar. Məhz budur ki, beynəlxalq ictimaiyyət məhəl qoymur, görmək istəmir.

Belə bir davranış nümayiş etdirən NATO üzvü dövlətin necə ola bilər? Aİ-yə daxil olmaq istəyini bəyan edən, lakin hərəkətləri bütün Avropa dəyərlərinə tamamilə zidd olan ölkə ilə necə danışıqlar apara bilərsən?”

Daha çox göstər
Back to top button