BaşlıcaSiyasət

Bilmirəm, Bakıda hansı məntiqlə düşünürdülər: Zohrab Mnatsakanyan

Terrora qarşı mübarizə bu gün Ermənistanın bir nömrəli siyasi məsələlərindən birinə çevrilib. Bunu, ER Parlamentinin Xarici əlaqələr və maliyyə-kredit  və büdcə məsələləri üzrə daimi komissiyalarının iclasında 2021-ci il dövlət büdcə layihəsinin müzakirəsi zamanı  ER Xİ naziri Zohrab Mnatsakanyan deyib.

“Soydaşlarımız Artsaxda və erməni xalqı faktiki olaraq 3 düşmənə qarşı mübarizə aparır: Türkiyə, beynəlxalq terrorçu silahlılr və Azərbaycan. Bölgədə terrorçu silahlıların meydana çıxması yalnız bizim üçün deyil, daha geniş kontekstdə də böyük çağırışdır. Bunun nəticələri həqiqətən ağırdır. Terrorçu silahlıları bu müharibəyə cəlb etdikləri zaman Bakıda hansı məntiqlə düşündüklərini bilmirəm”- deyə Mnatsakanyan qeyd edib.

Onun sözlərinə görə, bölgədə terrorçuların olması bütün bölgə üçün və hətta bölgə sərhədlərindən kənarda da təhlükədir. Xİ naziri qeyd edib ki, bu mövzuda Ermənistan həm bölgə, həm də daha uzaq ölkələrlə aktiv dialoqlar aparır.

Parlamentin “Mənim Adımım” fraksiyasının deputatı Artak Manukyan, Ermənistanın öz ərazisində Fransadan nümunə götürüb türk ekstremist “Boz Qurdlar” qrupunun və digər terror qruplaşmalarının fəaliyyətini qadağan edib etməyəcəyini soruşdu. Zohrab Mnatsakanyan qərarın indi Ermənistanın diplomatik dialoqunun nəticələrindən asılı olduğunu cavablandırdı və bu suala daha sonra daha ətraflı cavab verəcəyinə söz verdi.

Daha çox göstər
Back to top button