BaşlıcaSiyasət

ER Prezidenti cavab verir: “Türkiyə Azərbaycanı idarə edərsə Avropanın aqibəti necə olacaq?”

ER Prezidentinin sözlərinə görə, ermənilər hansısa baxımla Avropanın təhlükəsizliyi uğrunda mübarizə aparırlar.

 Türkiyənin Azərbaycandakı ambisiyalarını dayandırmasaq, Türkiyə Azərbaycanı idarə edəcək, Avropa həmçinin  əziyyət çəkəcəkdir.

“SputnikArmeniaya”nın verdiyi məlumata görə,ermənilər bu müharibəyə başlamayıbdır, bunu sübut etməyə ehtiyac yoxdur, çünki ermənilərin müharibə başlatması üçün heç bir səbəbi yoxdur.

 Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan bu haqda Spyurk (diaspora) erməni-xarici siyasətçiləri və ictimai xadimləri, nüfuzlu beynəlxalq KİV nümayəndələri ilə söhbətində bir avropalı jurnalistin müharibə başlamaq barədə sualını cavablandırarkən bildirdi.

 Bu haqda  Məlumatı ER Prezidentinin mətbuat xidməti bildirir.

Xatırladaq ki, bu qrup Ermənistanda Erməni Ümumi Xeyriyyəçi Birliyinin (AGBU) təşəbbüsü ilə gəlib, iştirakçılar Artsaxı da ziyarət edəcəklər.

Prezident vurğuladı ki, Azərbaycanın ərazilərini azad etdikləri iddiaları əslində beynəlxalq səviyyədə qəbul edilmiş və “etnik təmizləmə”adlanan başqa bir formadır, çünki onlar min illərdir orada yaşayan etnik erməniləri məhv edərək əraziləri ələ keçirtməyə çalışırlar.

“Onlar indi məktəbləri, xəstəxanaları dağıdırlar, insanlıqdan kənar hərəkətlər edirlər, insan həyatını – qocaları, uşaqları, gəncləri məhv edirlər” deyərək Prezident  vurğulayıb.

Türkiyənin iştirakına toxunan Sarkisyan, etnik qardaşlıq və beynəlxalq infrastrukturun qorunması da daxil olmaqla bir sıra amillərə toxunaraq Türkiyənin Azərbaycana tam hərbi-siyasi dəstək verdiyini qeyd etdi.

Əslində Türkiyənin məqsədi bölgədə özünü göstərmək və eyni beynəlxalq infrastrukturu idarə etməkdir.

Respublika Prezidenti olaraq Artsax məsələsində hərbi yolla həll olunmayacağına inandığını vurğuladı.

Daha çox göstər
Back to top button