BaşlıcaSiyasət

Heç bir qüvvə bölgənin coğrafiyasını dəyişdirə bilməz: İranlı general

İran silahlı qüvvələri sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün hər şeyi edəcək və beynəlxalq hüquq pozuntularına dözməyəcək. İran quru qoşunlarının komandanı Kiumars Heydəri bu barədə “Mehr”ə, İran sərhədi yaxınlığında baş verən Qarabağdakı hərbi əməliyyatlara toxunaraq deyib.

Generalın sözlərinə görə, İran tərəfləri münaqişəni dialoq yolu ilə həll etməyə çağırır.

“Bölgədəki sabitliyi qorumaq bizim qırmızı xəttimizdir, heç bir qüvvə bölgənin coğrafiyasını dəyişdirə bilməz. Buna dözməyəcəyik”-deyə o qeyd edib.

Heydəriyə görə, İran ordusunun quru qoşunları bölgədə təhlükəsizliyi və sülhü qorumaq üçün sərhədyanaşı bölgələrdə yerləşdirilib.

O əmin edir ki, ölkənin şimal-qərb sərhədləri üçün heç bir təhlükə yoxdur, silahlı qüvvələr İran xalqını müdafiə etməyə hazırdır.

“İranın qonşu ölkələr Azərbaycan və Ermənistanla çox oxşar cəhətləri var. Hər iki ölkəyə beynəlxalq hüquqa hörmət göstərməyi, dövlət sərhədlərini qorumağı, problemlərini siyasi həll yolu ilə həll etmələrini tövsiyə edirik”- deyə quru qoşunlarının komandiri qeyd edib.

Daha çox göstər
Back to top button