
“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Rusiya xarici qüvvələrin Qarabağdakı döyüş əməliyyatlarına müdaxiləsinə icazə verməməyə çağırır.
Bu haqda brifinq zamanı Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Həftə ərzində Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalmaqdadır, tərəflərin bütün təmas xətti uzunluğuyla bir qarşılıqlı atışmalar olub. Mülki obyektlər hədələnib.
Biz tərəfləri həddindən artıq təmkinli olmağa çağırırıq, mülki əhaliyə zərbələr endirməkdən kənar olmaq xarici qüvvələrin müdaxiləsindən çəkinməyə səsləyirik”-deyərək Zaxarova bəyan edib.
Onun sözlərinə görə, məsələni atəşkəsə, gərginliyin azaldılmasına və danışıqların əsas prinsiplərə əsaslanan sülh yolu ilə həll olunmasına başlamaq lazımdır.
Zaxarova noyabrın 1 – 2-də RF Prezidentinin Ermənistan və Azərbaycan liderləri ilə sıx fikir mübadiləsi apardığını xatırlatdı. Vəziyyətdən çıxış yolu tapmaq üçün daha bir cəhd, oktyabrın 30-da Ermənistan və Azərbaycan Xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun Cenevrədəki görüşü zamanı edildi.