
Artsax Respublikasının Xarici işlər nazirliyi Azərbaycanın Artsaxa qarşı davam edən hərbi cinayətlərinə dair bir bəyanat yayıb .Orada deyilir:
“Oktyabrın 30-da Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə tərəflərin əldə etdiyi,”tərəflər qəstlə mülki obyektləri bombardıman etməyəcəkdir” əlavə şərtləşmələrinə baxmayaraq, Azərbaycan silahlı qüvvələri Artsax Respublikasının yaşayış məntəqələrinə raket atışlarını davam etdirir.
Noyabrın 5-dən 6-na keçən gecə, 6 noyabr tarixində bütün gün, xüsusilə Artsaxın paytaxtı Stepanakert və respublikanın mədəniyyət mərkəzi Şuşi xüsusilə intensiv şəkildə atəşə tutuldu.
Xüsusiylə Artsax paytaxtı istiqamətində atdığı raketlərdən biri yaşayış evi üzərinə düşmüş və nəticədə 3 nəfər dinc sakin həlak olmuşdur.
Artsax Respublikasına silahlı hücumun ilk günündən sentyabrın 27-dən etibarən Azərbaycan tərəfi “Smerch” ümum zərbəli atış sistemlərindən istifadə edərək Artsax Respublikasının yaşayış məntəqələrini atəşə tutur.
Bu cür silahların Artsax Respublikasının yaşayış məntəqələrinə qarşı istifadəsi Azərbaycan tərəfinin Artsax Respublikasının mülki şəxsləri arasında həddindən artıq itkilərə, mülki obyektlərə maksimum ziyan vurmağa yönəlmiş hərəkətlərinin qəsdən olduğuna dəlalət edir ki, bu da beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və müharibə cinayətkarlığı adlandırılır.
Minsk Qrupu həmsədrlərinin atəşkəs rejimi yaratmaq üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Azərbaycanın bütün mümkün müharibə cinayətləri ilə müşayiət olunan döyüş əməliyyatları Bakı hakimiyyətinin Artsaxı mülki əhalisindən məhrum etmək niyyətini göstərir.
Bu fonda Azərbaycanın hərbi-siyasi rəhbərliyinə qarşı kollektiv və fərdi sanksiyalar rəsmi Bakını öz öhdəliklərini yerinə yetirməyə və törədilmiş cinayətləri məsuliyyətə cəlb etməyə məcbur etməyin ən təsirli yoludur.
Artsax Respublikasına qarşı hərbi təcavüz, Artsaxın mülki əhalisini məhv etmək planının bir hissəsidir ki, o da həm 1991-ci və 1994-cü illərdə və 2016-cı il aprelində Artsax Respublikasına qarşı Azərbaycanın silahlı aqressiyası ərzində həyata keçirilib.
Nisbətən dinc bir dövrdə, Azərbaycan bütün siyasi arsenalından Artsax xalqı tərəfindən əsas hüquqlarının həyata keçirilməsinə mane olmaq üçün istifadə edibdir.
Artsax Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması beynəlxalq birliyin Azərbaycanın cinayətkar siyasətinə son qoyacağı belə təcili bir addımdır.