
Fransız şirkəti BERINGER AERO, məhsullarının Dağlıq Qarabağdakı erməni qüvvələrinə qarşı mübarizədə istifadə olunan hərbi PUA istehsalında istifadə olunduğunu öyrəndikdən sonra türk dron istehsalçılarına tədarükü dayandırdı.
“Armenpress” in xəbər verdiyi kimi, şirkət bu barədə “Facebook” səhifəsindəki bir yazısında bildirdi.
“Şirkət siyasətinə sadiqdir və heç vaxt məhsullarının həyati təhlükəsi ola biləcək bir şəkildə istifadə edilməsinə icazə verməyib”-deyərək yazıda qeyd olunub.
BERINGER məhsullarının Fransada ümumi mülki aviasiya üçün dizayn və inkişaf etdirildiyi bildirilir.
BERINGER AERO şirkəti təyyarələr, əyləc sistemləri üçün və təkərlərin istehsalı ilə məşğuldur.