ArtsaxBaşlıca

Beynəlxalq cəmiyyət kor kimi davranmağa davam edir. Artsax Ombudsmanı – VİDEO

Artsax İnsan Hüquqları Müdafiəçisi Artak Beglaryan yeni video yayımlayıb və videoda şəxsən Azərbaycan raket hücumunun nəticələrindən bəhs edir. Videoda Beglaryanın arxasında tamamilə dağılmış binadır. Deyir ki, Stepanakertin yaşayış bölgələrindən birindədir və arxada tamamilə xarabalığa çevrilmiş evdir.

“Bu, bugünkü Azərbaycan raket atəşinin nəticəsi idi. Üç mülki şəxs öldürülüb. Onlardan biri 70 yaşlı qadın, digər ikisi nəvələri idi. Azərbaycan müharibə cinayətləri törətməyə və Artsaxın dinc əhalisini nəinki paytaxt Stepanakertdə, həm də digər yaşayış məntəqələrində də hədəf almağa davam edir”- deyə Beglaryan qeyd edib.

Onun sözlərinə görə,  Azərbaycanın məqsədli raket və artilleriya zərbələri nəticəsində artıq 50-yə yaxın mülki şəxs həlak olub, 150-dən çox mülki şəxs yaralanıb, 17 mindən çox mülki bina və infrastruktur ciddi şəkildə zərər görüb və məhv edilib.

O qeyd edir ki, Azərbaycan digər hərbi cinayətlər törətməyə də davam edir, lakin beynəlxalq cəmiyyətin Artsaxda baş verənlərə kor kimi davranmağa davam etməkdədir.

Artsax İnsan Hüquqları Müdafiəçisi növbəti dəfə beynəlxalq ictimaiyyətə müraciət edərək Artsaxda baş verən cinayətlərə göz yummağı dayandırmağa, Artsax xalqına kömək etməyə, bu istiqamətdə konkret addımlar atmağa çağırır.

Yeri gəlmişkən, video zamanı mütəmadi olaraq partlayışlar və atəş səsləri eşidilir.

Daha çox göstər
Back to top button