Türklər Baydenin mümkün qələbəsindən narahatdırlar

Hər kəs noyabrın 3-də başlayan ABŞ-da Prezident seçkilərinin nəticələrini gözləyir. Türkiyədə də bu bir sıra mütəxəssislərin siyasi gələcəyini necə olacağını şərh etməyə çalışması ilə gündəmdədir.
“Armenpress” in verdiyi məlumata əsasən, türkiyəli politoloq Kursad Zorlu da fikirlərini bildirdi. Onun sözlərinə görə, Baydenin qələbəsi Türkiyə və Azərbaycan üçün o qədər də məqsədyönlü deyil.
Zorluya görə, “səslərin sayılması Baydenin lehinə olarsa, yeni prezidentin masada Türkiyə ilə sıx əlaqəli bir sıra məsələləri olacaq. Bunlardan biri də Dağlıq Qarabağ məsələsidir”.
Kürşad Zorlu qeyd edir ki, erməni icması Baydenin onun kampaniyasına daxil olan beş mümkün addımı atmasını gözləyir Hansılar ki, onun təbliğat kompaniyasında yer alıb.
Bunlar Erməni Soyqırımının tanınması, Dağlıq Qarabağdakı münaqişənin dayandırılması, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri kimi atəşkəs rejimini izləmək üçün müşahidəçilərin göndərilməsi, prosesə fəal cəlb olunması, yardımların artırılmasıdır. Ermənistana olan yardımın artırılması və Azərbaycana yardımın məhdudlaşdırılmasıdər..
Sonda Kürşad Zorlu “Bakı Dağlıq Qarabağ münaqişəsində hədəfinə çatmaq üçün addımlarını gücləndirməlidir, əks halda Bayden Azərbaycan və Türkiyə üçün ciddi bir maneə ola bilər”.
Baydenin siyasi keçmişi ermənipərəst fəaliyyətlə doludur. ABŞ Konqresində Erməni Soyqırımının tanınması üçün çox səy göstərdi. Bu il aprelin 24-də Erməni Soyqırımının tam tanınmasına çağırdı və bu məsələdə kömək vəd etdi.
Bayden, Artsax münaqişəsi ilə əlaqədar açıqlama verdi. “Bir ay davam edən döyüşlərdən sonra ABŞ Prezidenti Donald Tramp Ermənistan, Azərbaycan və Türkiyə liderləri ilə Azərbaycanın Dağlıq Qarabağda irəliləməsinin qarşısını almaq üçün danışıqlara başlamalı idi”.
Daha sonra xatırladıb: “Ermənistan və Azərbaycan arasındakı gərginliyi azaltmaq üçün Tramp bu ölkələrin liderlərinə zəng çalmalıydı, eləcə də Türkiyə kimi ölkələrin münaqişəyə qarışmamasını tələb etməliydi”.