BaşlıcaSiyasət

Putin və Ərdoğan Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdilər

Rusiya  Prezidenti  Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardı və bu görüşdə Dağlıq Qarabağdakı vəziyyət müzakirə edildi.

“Armenpress”in verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin rəsmi saytı məlumatlandırıb.

“Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olundu. Rusiya Prezidenti türkiyəli həmkarına Ermənistan və Azərbaycan liderləri ilə apardığı telefon danışıqları barədə məlumat verdi.

Müzakirələr hərbi əməliyyatlara ən qısa zamanda son qoymağın yolunu tapmağa və siyasi-diplomatik bir həll tapa bilməyə  yönəlmişdi”-deyərək  məlumatda bildirilib.

Tərəflər münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əməkdaşlığa hazır olduqlarını təsdiqlədilər.

Daha çox göstər
Back to top button