ArtsaxBaşlıcaSiyasət

Avropa birliyi epidemiyanın nəticələrini aradan qaldırmaq üçün Ermənistana 35 milyon avrodan çox qrant

Bu gün Avropa Birliyi, COVID-19 epidemiyasını dəstəkləmək üçün Ermənistan hökumətinə 35,6 milyon avro qrant verəcək.

“AB qərarı müxtəlif sahələrdə, eləcə də makroiqtisadi sabitlik, dövlət maliyyə idarəetməsi və dövlət büdcəsinin şəffaflığı islahatlarının müsbət qiymətləndirilməsinin nəticəsidir.

Bu, keçən ilin aprelində Avropa Birliyinin tərəfindən Ermənistana veriləcək 92 milyon avroluq yardımın bir hissəsidir”,- deyə bəyanatda qeyd olunur.

ER Baş nazir müavini Mher Qrioqryan isə yazdı ki,Avropa Birliyinin Ermənistandakı epidemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılmasına yönləndirilmiş dəstəyi yüksək qiymətləndirirlər.

“Bu Avropa Birliyi ilə səmərli əməkdaşlımızın təzahürüdür və əminəm ki, birgə səylərimizin sayəsində Ermənistanın COVID-19 böhranına qarşı müqavimətini artıracağıq”,- deyə Mher Qriqoryan bildirdi.

Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin sədri N. G. Andrea Viktorin vurğuladı ki, Avropa Birliyi və Üzv Dövlətlər, Ermənistanın səhiyyə sisteminin gücləndirilməsinə və COVID-19-un təcili humanitar və iqtisadi nəticələrinin aradan qaldırılmasına dəstək verirlər.

“Biz çağırışları bölüşürük və yalnız, birlikdə uğur qazana biləcəyik”,- deyə Andrea Viktorin bildirdi.

Daha çox göstər
Back to top button