ArtsaxBaşlıca

Şuşi-Karin Tak hissəsində erməni qoşunlarının daha əlverişli mövqeləri var: MO

Noyabrın 8-dən 9-na keçən gecə MO bölmələri cəbhənin cənub-şərq, cənub və cənub-qərb istiqamətlərində müdafiə döyüşləri aparıb. Bu barədə Artsax MO mətbuat xidməti məlumat verir.

“Şuşi-Karin Tak hissəsində düşmənin aşkar olunmuş qruplaşmalarına qarşı intensiv döyüşlər gedib. Nəticədə, qoşunlarımız daha əlverişli mövqelər tutub”,-məlumatda deyilir.

Qeyd olunmuş müddətdə cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd tankı, 4 ədəd avtomobili və 8 PUA-sı məhv olunub. Cənub-qərb hissədə gedən əməliyyatlar nəticəsində ordu bölmələri düşmənə məxsus 1 tank və artileriya vasitələrini ələ keçiriblər.

Döyüş əməiyyatlar ərzində qarşı tərəf aviasiya və artileriya ilə Artsax Respublikası yaşayış məntəqələrini hədəfə alıb. Səhər saatlarında cəbhə xəttinin əsas istiqamətlərində düşmən qüvvələrinin hücum cəhdləri yenidən başlanıb.

Operativ-taktiki vəziyyət MO bölmələrinin nəzarətindədir.

Daha çox göstər
Back to top button