
Artsax prezidenti Arayik Harutyunyan Ermənistan parlament və parlamentdən kənar siyasi qüvvələrə müraciət edərək yerdə müzakirələr aparmaq üçün Stepanakerti ziyarət etmələrini xahiş edib. “Armenpress”in verdiyi məlumata görə, Arayik Harutyunyan bu barədə “Facebook” səhifəsində yazıb.
“Yaranmış çətin siyasi vəziyyət avtomatik olaraq reallığımızda yeni gündəm formalaşdırıb. Bunu erməni siyasi sahəsinin əsas qüvvələr ilə müzakirə etmək və mövcud olan bütün məlumatları təqdim etmək üçün Stepanakerti ziyarət etmək və yerində müzakirələr aparmaq məqsədilə ER parlament və parlamentdən kənar qüvvələrinə müraciət edirəm. Sabah, noyabrın 11-də, ER Parlamentindəki siyasi qüvvələrin rəhbərliyini qəbul etməyə hazıram. Bundan sonra, planlandığı kimi parlamentdən kənar qüvvələrlə bir sıra görüşləri davam etdirməyə hazıram”- deyə Harutyunyan qeyd edib.