ArtsaxBaşlıcaBeynəlxalq

İstənilən uzunmüddətli razılaşma Ermənistanın maraqlarını nəzərə almalıdır. Fransa prezidenti

Qarabağla bağlı istənilən uzunmüddətli qərarda Ermənistanın maraqları nəzərə alınmalıdır. Reuters xəbər verir ki, bu barədə Yelisey Sarayının bəyanatında deyilir.

“Fransa prezident administrasiyası Qarabağdakı atəşkəs bəyanatının məqamlarını öyrənir. İstənilən uzunmüddətli razılaşma Ermənistanın maraqlarını nəzərə almalıdır”- deyə bəyanatda qeyd olunur.

Fransa rəhbərliyi Türkiyəni bölgədəki təxribatları dayandırmağa və Qarabağ bölgəsində gələcək razılaşmaya zərər verə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

Daha çox göstər
Back to top button