BaşlıcaSiyasət

Paşinyan: “Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinin saat 01.00-dan dayandırılmasıyla bağlı bəyanat imzaladım”

ER Baş naziri Nikol Paşinyan Facebook səhifəsində bir yazı yayımladı ․

“Əziz həmvətənlər, bacılar və qardaşlar. Özüm üçün və hamımız üçün çətin, son dərəcə çətin bir qərar verdim.

Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsinin saat 01: 00-da dayandırılması barədə bir bəyanat imzaladım.

Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə görünməz dərəcədə ağrılıdır. Bu qərarı hərbi vəziyyətin dərin bir təhlili və vəziyyəti ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim.

Həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanır. Bütün bunlar barədə yaxın günlərdə ətraflı bir mesaj verəcəm.

Bu qələbə deyil, ancaq məğlubiyyət də yoxdur çünki özün özünü  məğlub olunmuş hesab etmirsən.

Özümüzü biz heç vaxt məğlub olunmuş hesab etməyəcəyik.Bu milli  birləşmənin  yenidən doğuş dövrümüzün başlanğıcı olmalıdır.

Bu qələbə deyil amma məğlubiyyət də yoxdur ona görə ki, biz öz müstəqilliyimizin illərini təhllil etməliyik.

Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqilliyimizi təhlil etməliyik.

Bütün   həlak olanlarımız qarşısında baş əyir  diz çökürəm. Vətənini canlarıyla müdafiə etmiş və qoruyan bütün  hərbiçilərimizin, zabitlərimizin generallarımızın, könüllülərimizin qarşısında  baş əyirəm”  deyərək Nikol Paşinya yazıb..

Artsax ermənilərini onlar öz fədakarlıqla xilas etdilər. Biz sona qədər mübarizə apardıq. Və biz qalib gələcəyik. Artsax ayaq üstədir. Yaşasın Ermənistan! Yaşasın Artsax!.

Daha çox göstər
Back to top button