
Rusiya, sülhməramlılarla birlikdə Dağlıq Qarabağa ən azı 22 İl-76 hərbi nəqliyyat təyyarəsi göndərəcək. Müvafiq video Rusiya Müdafiə Nazirliyinin Milli Mərkəzi tərəfindən yayımlanıb.
“Mən Rusiya hərbi kontingentinin cədvəlini dəqiqləşdirirəm. 11 təyyarə hava limanlarına uçur, 11 təyyarə uçuşu gözləyir” -deyən mərkəzin əməkdaşları işləri haqda mərkəzin rəhbəri general-polkovnik Mixail Mizintsevə bildirdi.
1.5 dəqiqəlik videoda Mizintsev, təyyarələrin uçuş cədvəlinə aydınlıq gətirməyi, hər biri üç təyyarə qrupu arasında ən azı 3 saatlıq fasilə ilə iki qrup İl-76 təyyarəsinin eyni vaxtda Ermənistan və Azərbaycanın hava məkanı vasitəsiylə təmin etməyi tapşırır..