BaşlıcaSiyasət

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda baş verənləri böyük faciə adlandırıb

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda baş verənləri böyük faciə adlandırıb və ümid bildirib ki, münaqişənin həlli üçün atılan addımlar davamlı sülhə aparacaq. Bu barədə ria.ru məlumat yayıb.

“Qarabağda baş verənlər həqiqətən böyük faciədir. Əldə olunan kompromisi və qan tökülməsini dayandırmaq üçün əldə edilmiş razılaşmaları qeyd etməkdən çox məmnunam.

Ümid edirəm ki, atdığımız son addımlar Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə davamlı sülhün bərqərar olmasına gətirib çıxaracaq”- deyə Putin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər rəhbərləri şurasının iclasında bəyan edib.

Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri Qarabağ müharibəsinə son qoyulması üçün bəyanat imzalamışlar.

Rusiya, Ermənistan və Azərbaycan Dağlıq Qarabağda rus sülhməramlılarını yerləşdirməyə razılıq verib. Ermənistan və Azərbaycan qüvvələri mövqelərində dayanacaqlar. Birgə razılaşma, əsir və cəsəd mübadiləsini də nəzərdə tutur.

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Nəqliyyat vasitələrinin nəzarəti də Rusiya sərhəd xidmətinin orqnları dəstəyi ilə həyata keçiriləcək.

Daha çox göstər
Back to top button