BaşlıcaSiyasət

Zaxarova: Moskva Ankaranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşmür

Qarabağ münaqişəsinin güc yolu ilə həlli yoxdur, Moskva bu məsələdə Ankaranın mövqeyini bölüşmür.

Bu haqda  Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Münaqişənin heç bir gücünvə ya hərbi həll yolun olmadığını  biz olduqca qətiyyətlə söyləmişik. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinə münasibətimizi çox dəqiq müəyyənləşdirmişik.

Dəfələrlə eşitdiyiniz kimi, Ankara bununla bağlı başqa açıqlamalar verdi. Rusiya tərəfinin  baxışını bir daha təstiq edə bilərik. Ölkəmiz güc tətbiqini dəstəkləmir.

Biz tərəfləri hərbi əməliyyatları ən qısa müddətdə dayandırmağa çağırırıq və buna nail olmaq üçün çalışırıq”-deyərək  “Exo Moskvi” radiostansiyasının efirində o,  bəyan edib.

Daha çox göstər
Back to top button