BaşlıcaSiyasət

Ərdoğan və Putin Dağlıq Qarabağı müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

Telefon danışığında əsasən Türkiyə-Rusiya münasibətləri, başda Dağlıq Qarabağ mövzusu olmaqla regional məsələlər müzakirə edilib.

Danışıqlar zamanı Türkiyə lideri bildirib ki, ötən axşam Dağlıq Qarabağ probleminin tamamilə həlli yolunda doğru addım atılmışdır.

Türkiyə dövlət başçısı vurğulayıb ki, bu mərhələdəki ən vacib məsələ atəşkəs rejiminin əməl edilməsi və Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan Baş nazirinin birgə bəyanatında qeyd olunan öhdəliklərdir.

Daha çox göstər
Back to top button