BaşlıcaSiyasət

AB Dağlıq Qarabağdakı atəşkəs şərtlərini pozduğu üçün Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq edə bilər

Türkiyə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin  Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə bəyannamə imzalamasını qəbul etməlidir, əks halda AB Türkiyəyə qarşı əlavə sanksiyalar tətbiq edə bilər.

“Armenpress”in TASS-a istinadən verdiyi xəbərə görə, bu haqda Fransa Xarici işlər naziri Jan İv Le Drian, Fransa parlamentinin aşağı palatasının iclasında çıxış edərkən bəyan edib.

Fransa Xarici İşlər Naziri, dekabr ayında AB ölkələrinin müntəzəm bir sammit keçirəcəyini və bu müddətdə Türkiyənin təcavüzkar davranışlarını müzakirə edəcəklərini açıqladı.

“Daha öncə, 27 AB ölkəsi, Türkiyənin davranışını dəyişdirməsə, ona qarşı sanksiyalara qədər tədbirlər görüləcəyinə qərar verdi, bu seçimlər artıq masa üzərindədir”-deyərək o, qeyd edib.

Daha çox göstər
Back to top button