Başlıcaİctimaiyyət
Ermənistanda COVİD-19-a yoluxanların sayı 110 min ötdü

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 110 548 nəfərə yüksəlib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin profilaktikası və nəzarət mərkəzi məlumat yayıb.
Bildirilib ki, son sutkada 1 861 nəfər virusa yoluxub və daha 27 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 1 636 nəfərə çatıb.
Virusdan sağalanların sayı 68 336 nəfər olub. 40 157 pasiyent müalicə alır.
Ümumi olaraq 448 450 test aparılıb.