
Rusiya prezidentinin spikeri Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, Dağlıq Qarabağdakı sülhməramlıların funksiyaları, o cümlədən mədəni və dini yerlərin qorunması hələ dəqiqləşdirilməlidir.
“Sülhməramlılardan danışırıq. Əlbətdə, funksiyalar hələ dəqiqləşdirilməlidir, çünki bu funksiyalar iki prezidentin, ER Baş nazirinin ortaq açıqlamasında qeyd edilməyib”- deyə o qeyd edib.
Օ əlavə edib ki, bölgədəki sülhməramlılar tərəfindən mədəni və dini yerlərin qorunmasına toxunulmayıb. “Mən, bunun onların məsuliyyətlərinə aid olub-olmadığını deyə bilmərəm”- deyə o vurğulayıb.
Eyni zamanda Kremlin spikeri əlavə edib ki, sülhməramlı qüvvələrin əsas funksiyalarına əsaslanaraq, Rusiya hərbçiləri “atəşkəsə riayət olunmasını və bütün döyüş əməliyyatlarının dayandırılmasını təmin edəcək”. O həm də qeyd edir ki, Laçın dəhlizində də sülhməramlılar yerləşdiriləcək. “Buna uyğun olaraq bu yolun istismarı təmin ediləcək. Digər detallar hələ dəqiqləşdirilməlidir”- deyə o yekunlaşdırıb.