
ER Baş nazir müavininin sözlərinə görə, 90-cı illərdə Ermənistan ordusu Azərbaycandakı siyasi qarışıqlıqdan istifadə etdi. İndi Ermənistanda eynisini etməyə icazə verilmir.
“SputnikArmeniya”nın verdiyi məlumata görə, Ermənistanda çevriliş olmayacaq, dövlət bəzi siyasi qüvvələrin ambisiyalarının qurbanı olmayacaq.
Baş nazirin müavini Tiqran Avinyan bu haqda İctimai TV-də bəyan edib.
“Baş Nazirin sözçüsü parlamentin sədri Ararat Mirzoyana hücum edən insanlara məxmər olmayacaq. Lazım gələrsə bu səlahiyyətlilər gedəcək, yeniləri gələcək, amma komandamız haçansa çevrilişə icazə verməyəcək?
Bu cür cəhdlər çox sərt şəkildə dayandırılacaq”-deyərək bəyan edib.
Baş nazir müavininin sözlərinə görə, 90-cı illərdə Ermənistan ordusu Azərbaycandakı siyasi qarışıqlıqdan istifadə etdi , indi Ermənistanda bunun həyata keçirilməsinə icazə verilməyəcək.
Dedi ki, xalq yeni seçkilər tələb edərsə, hökumət buna gedəcək.
“Əgər bizim uzaqlaşmaq tələbini xalq qoyarsa yox ki, digər bir neçə partiyalar və onların xuliqanları bizim gedişimizi tələb edirsə, biz buna gedəcəyik. Heç kim kreslosuna yapışmayacaq, sizi inandırıram. İndiki məmur ağır bir yük altındadır. Getmək onun üçün bir rahatlıq olacaq. Bu müddətdə kimlər ki, öz işində nöqsanlı olub mən də daxil olunmaqla cavab verəcəkdir”-deyərək Avinyan qeyd edib.
Onun sözlərinə görə, çevriliş etmək istəyən insanlar vətənpərvərliklərini Şuşidə göstərməli idilər.
“Artsax prezidenti hər kəsi Şuşi üçün döyüşməyə çağırarkən bəs o türk törəmələri harada idilər? Mənim idarəmin rəhbəri Şuşi uğrunda döyüşlərdə iştirak etdi, Mənim idarəmdən 2 nəfər hal-hazırda yaralıdır.
Bu adamlarsa mənim idarəmə soxularaq İncilimi oğurlayıblar çünki qızılı olduğunu düşündülər”- deyərək Baş nazirin müavini qeyd edib.